29 Noyabr 2024 14:21

Şəhid Elvin Mikayılovun şəhadətə qovuşmasının üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, 44 günlük Vətən müharibəsində  qanı ilə  tarix yazaraq  şəhidlik  zirvəsinə  ucalan Elvin Nizami oğlu Mikayılovun  şəhadətə qovuşmasının üçüncü ildönümü Alpout kənd  qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının  və AzadSözAz televiziyasının kollektivi,  şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr  diləyiblər.Şəhid Elvin Mikayılovun keçdiyi qısa və mənalı həyat yolundan söz açıblar. 30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədiyini, Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığını qeyd ediblər.Şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün adlarını küçələrə, məktəblərə verilməsi və bulaqların tikilməsi şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan xəbər verdiyini vurğulayıblar. 

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki,  Elvin Nizami oğlu Mikayılov  1986-cı il  avqustun 1-də  Göyçay rayonunun Alpout kəndində anadan olub.2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsi zamanı Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak  edib.Oktyabrın 26-da  Ağdərə-Murov istiqamətində döyüşən zaman  başından aldığı qəlpə yarasından şəhid olub.Göyçay rayonu Alpout kəndində  dəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”  medalları  ilə  təltif  edilib.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul