Azadsöz.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin vitse-prezidenti Eldar Hacıyev vəzifəsindən azad edilib.
Onun adı AZAL-ın saytından çıxarılıb. 2015-ci ildən bu vəzifəni tutan Eldar Hacıyev AZAL-dan əvvəl “Silk Way” şirkətinin vitse-prezidenti olub.
Qeyd edək ki, ötən ay Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib.