Azadsöz.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı 18.10.2023-cü il tarixində saat 14:10 radələrində qarın boşluğunda kəskin ağrılar, ürəkbulanma, halsızlıq şikayətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə müraciət edib.
Onun üzərində appendektomiya əməliyyatı uğurla icra olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən polis orqanının əməkdaşı olan Tağızadə Atatürk Səlim oğlu ambulator müalicə üçün artıq evə buraxılıb.
Əməliyyat həkim-anestezioloq-reanimatoloq Ramin Əhmədovun, tibb bacıları Aynur Mustafayeva və Gülsüm Həsənovanın, tibb qardaşı Arzuman Məmmədovun müvafiq yardımları ilə həkim-cərrah Vəli Xəlilov tərəfindən həyata keçirilib.