16 Sentyabr 2024 23:24

“Mənə zəng çatmasa narahat olmayın hər şey yaxşıdır, hər şey gözəldir”: Şəhid Ülvi Ağayevin şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki,  atasından  xəbərsiz  müharibəyə gedərək  şəhidlik  zirvəsinə  ucalan Ülvi Ağayevin şəhadətə qovuşmasından bu  gün üç il ötür.

Ülvi Valeh oğlu Ağayev 1993-cü ildə  martın 9-da  Göyçayn  Şahsoltanlı kəndində   anadan olub. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş,  20 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Prezident  İlham Əliyevin  Sərəncamına əsasən Ülvi Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev