29 Noyabr 2024 19:43

Xaçatryan bu şəxsləri qətlə yetirib – ADLAR

Azadsöz.az xəbər verir ki, Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı zamanı erməni terrorçu Vaqif Xaçaturyanın qətlə yetirdiyi yaşlı sakinlərin adları açıqlanıb.

Bu barədə Vaqif Xaçaturyanın ittiham aktında qeyd olunub.

Aktda göstərilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçaturyan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Meşəli kəndinə basqın edərək evləri və küçələri dağıdıb.

Onlar kənd sakinləri – 1936-cı il təvəllüdlü Quliyev Qədimi, 1936-cı il təvəllüdlü Quliyeva Ruba Hacı qızını, 1903-cü il təvəllüdlü Quliyev Mətləb Qənimət oğlunu, 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızını, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızını, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızını, 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu, 1932-ci il təvəllüdlü Sadıqova Qönçə Məmmədbağır qızını, 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 1936-cı il təvəllüdlü Nurməmmədova Pakizə İslam qızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nəbi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 1938-ci il təvəllüdlü Kazımov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 1929-cu il təvəllüdlü Qasımov Ənvər Bahadur oğlunu, 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı Rayon Polis Şöbəsinin Meşəli Polis Bölməsinin polis serjantları – 1969-cu il təvəllüdlü Quliyev İsmayıl Qənimət oğlunu, 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetiriblər.

Ankara escort İstanbul Travesti Shemale İstanbul