Azadsöz.az xəbər verir ki, mərhum millət vəkili Qənirə Paşayevanın “Addım-addım Türkiyə” sənədli filmləri silsiləsi yayımlanacaq.
İctimai-siyasi və yaradıcı fəaliyyəti Türk dünyasında yaxşı bilinən Qənirə Paşayevanın çoxbölümlü layihəsi ilk dəfə ekranlarda olacaq.
Filmlər Azərbaycan Dövlət Televiziyasında yayımlanacaq. Layihə Türkiyə Cümhuriyyətin 100 illik əlamətdar yubileyinə həsr olunub.