20 Sentyabr 2024 01:59

İmişlidə yol qəzası oldu – Yaralılar var

Azadsöz.az xəbər verir ki, yol qəzası saat 20 radələrində İmişli rayonu Cəfərli kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı Əliqulular kənd sakini, 1989-cu il təvəllüdlü Hümbətov Samir Fazil oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə traktor toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini Cəfərli kənd sakini Məmmədov Cavad Azad oğlu xəsarət alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com