16 Sentyabr 2024 23:09

Şəhid olduğu gün 4 saat yaralı vəziyyətdə qalan Şəmistan Əzizovun şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu gün  torpaqlarımızın  ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şəmistan Əzizovun şəhadətə qovuşmasından üç il ötür.

 Şəmistan İlyas oğlu Əzizov  6 dekabr 1993-cü ildə Göyçay rayonunun Qaraxıdır kəndində dünyaya gəlib. 2000-ci ildə Zülfüqar Zülfüqarov adına Qaraxıdır kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2011-ci ildə həmin məktəbi bitirib. 2012-ci ildə Füzuli rayonundakı N saylı hərbi hissəyə hərbi xidmətə yola düşüb. Şəmistan Əzizov 2012-ci ildə düşmənin atəşkəsi pozması nəticəsində yaralanaraq N saylı qospitala yerləşdirilib. Sağaldıqdan sonra yenidən xidmətini davam etdirib. 2013-cü ilin iyul ayında hərbi qulluğunu başa vuraraq geri qayıdıb.

Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak  edib.Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə (Qlobus adlı yerdə) şəhid olub.Şəhid olan vaxt  kəlimeyi şəhadətini gətirərək papağının, qolbağının və telefonunun anasına verilməsini istəyib. Oktyabrın 15-də Qaraxıdır kəndində dəfn  edilib.

 Prezident İlham Əliyevin   Sərəncamına əsasən Şəmistan Əzizov  ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü” ,“Vətən uğrunda” və  ” İgidliyə görə”  medalları  ilə təltif edilib.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

Şəhid olduğu gün 4 saat yaralı vəziyyətdə qalan Əzizov Şəmistan - FOTOLAR

Şəhid Əzizov Şəmistan Göyçay? Nur içində yat ŞƏHİDİM ? | Mens sunglasses, Rayban wayfarer, Sunglasses

Şəhid olduğu gün 4 saat yaralı vəziyyətdə qalan Əzizov Şəmistan - FOTOLAR

Şəhid olduğu gün 4 saat yaralı vəziyyətdə qalan Əzizov Şəmistan - FOTOLAR

Şəhid olduğu gün 4 saat yaralı vəziyyətdə qalan Əzizov Şəmistan - FOTOLAR