20 Sentyabr 2024 12:38

Natiq Ağayev şəhid Elvin Mikayılovun ailəsini ziyarət etdi-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 12 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən Müharibəsi şəhidi Mikayılov Elvin Nizami oğlunun ailə üzvləri ilə görüşüb.

Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri və Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri də iştirak edib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib.Vətən müharibəsində qazanılan şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil etdiyini qeyd edən icra başçısı ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından, qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.

Sonra rayon rəhbəri şəhid ailəsinin   qayğı və problemləri ilə maraqlanıb.Ailənin  qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev


 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com