Azadsöz.az xəbər verir ki, oktyabrın 14-də ilin sonuncu Günəş tutulması baş verəcək.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını məlumat yayıb.
Bildirilib ki, Günəş tutulması tam, halqavari, hibrid və qismən tutulmalara ayrılır. Bu tutulma halqavari tutulma olacaq.
Günəşin Ayın ətrafında “atəş halqası” yaratdığı bu halqavari tutulma ABŞ, Meksika, Mərkəzi Amerika, Kolumbiya və Braziliyadan keçən dar bir zolaqda görünəcəkdir. Venesuela, Ekvador, Boliviya, Paraqvay və Çilidə isə qismən tutulma müşahidə olunacaq. Tutulmanı Azərbaycandan izləmək mümkün olmayacaq.
Günəş tutulmasını internet üzərindən canlı izləyə bilərsiniz.