Azadsöz.az xəbər verir ki, oktyabrın 11-də axşam saatlarında Ucar rayonunun Alpout kənd sakini İ.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Bəxtiyar İsmayılov saxlanılıb.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
*****
11 oktyabr, saat 21:19
Azadsöz.az xəbər verir ki, hadisə Alpout kəndində baş verib. Belə ki, 1977-ci il təvəllüdlü İlham Həsənov münaqişə zəminində döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.
Yaralı kişi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.