20 Sentyabr 2024 13:00

İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına müraciət etdi

Azadsöz.az  xəbər  verir  ki,  Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.

Müraciət səfirliyin “X” səhifəsində yayımlanıb.

“İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”, – müraciətdə deyilir.

Qeyd edək ki, İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub. Həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com