20 Sentyabr 2024 10:29

Qrip əleyhinə vaksinasiya prosesi niyə gecikir? – RƏSMİ AÇIQLAMA

Azadsöz.az  xəbər  verir  ki, hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində qrip əleyhinə peyvəndlənmə aparılmır.

Bu barədə  sorğuya cavab olaraq, TƏBİB-dən bildirilib.

“TƏBİB tabeli tibb müəssisələri vaksinasiya üçün hazır vəiyyətdədir. Vaksinlər müəssisələrə daxil olacağı halda peyvəndlənmə prosesinə başlanıla bilər”, – deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, ölkəyə yenidən qrip əleyhinə vaksinlər gətiriləcək.

 

“Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub”, – deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qripə qarşı peyvənd olunub.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com