20 Sentyabr 2024 10:56

Şəhid Orxan Kərimlinin şəhadətə qovuşmasının üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Kərimli Orxan Akif oğlunun  üçüncü  ildönümü Göyçayda Şəhidlər  Xiyabanında  məzarı  önündə  qeyd olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidimizin  təhsil  aldığı  Göyçay şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbin müəllim kollektivi, şagirdlər, şəhid ailələri, dindarlar, ağsaqqallar, ictimayyət  nümayəndələri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Anım günündə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Çıxış  edənlər  bildiriblər  ki,  Azərbaycan Ordusu Vətən müharibəsində qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə son qoydu.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıblar. Düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan qüdrətli Azərbaycan Ordusunun şəhidlərimizin qisaslarını aldığını, igid Vətən oğullarının qanlarının yerdə qalmadığını  diqqətə  çatdırıblar.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Orxan Kərimli 06.10.2001-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuşdur. 09.10.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 10 oktyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin  azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev


kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com