20 Sentyabr 2024 10:25

NASA asteroiddən götürdüyü nümunələrin nəticələrini açıqlayacaq (VİDEO)

Azadsöz.az  xəbər  verir  ki,  NASA 11 oktyabr “OSIRIS-Rex” kosmik gəmisinin Yerə gətirdiyi asteroid nümunəsinin nəticələrini ictimaiyyətlə bölüşəcək.

Məlumat Bakı vaxtı ilə saat 19:00-da canlı yayımla açıqlanacaq.

Yerə yaxın olan “Bennu” asteroidinin səthindən götürülmüş qaya və tozdan ibarət kapsul sentyabrın 24-də ABŞ-ın Utah səhrasındakı Müdafiə Nazirliyinin təlim zonasına düşüb və alimlər o vaxtdan bəri müxtəlif analizlər aparmaq üçün çalışırlar.

Qeyd edək ki, “Bennu” asteroidinin yaşının 4,5 milyard ildən çox olduğu təxmin edilir, yəni onun materialları Günəş sisteminin formalaşması və yerdə həyatın necə formalaşması ilə bağlı məlumatları özündə saxlaya bilər.

 

NASA rəsmiləri “OSIRIS-Rex”in bu qədər çox nümunə toplayacağını gözləmirdilər.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com