16 Sentyabr 2024 23:14

Şəhid Orxan Kərimlinin şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Orxan Kərimlinin  şəhadətə qovuşmasından üç il ötür.

Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində  anadan  olub.2007-ci ildə Göyçay rayonu, Nizami  Gəncəvi adına  7 saylı  orta məktəbin 1-ci sinfinə gedib.2018-ci ildə  orta  məktəbi  bitirib.Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq”  ixtisasına qiyabi daxil  olub.2019-cu il  oktyabrın  9-da hərbi  xidmətə  yollanıb.

Orxan Kərimli  2020-ci il sentyabrın 27-də  başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak  edib. Oktyabrın 9-da Murovdağ  döyüşləri zamanı şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Orxan Kərimli ölümündən sonra  Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin  azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Kərimli Orxan: Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub