Azadsöz.az xəbər verir ki, Fələstinli yaraqlıların keçirdiyi əməliyyat zamanı 35 İsrail əsgəri əsir götürülüb.
Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
“İndiyə qədər 35 İsrail əsgəri əsir götürülüb”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant şənbə günü, oktyabrın 7-də səhər Qəzza zolağından həyata keçirilən silsilə raket hücumlarından sonra ölkənin mərkəzində və cənubunda “xüsusi təhlükəsizlik vəziyyəti”nin tətbiqi barədə göstəriş verib.