29 Noyabr 2024 16:34

Ermənistanda hərbi hissə komandiri və daha 6 nəfər saxlanıldı

Azadsöz.az xəbər verir ki, Ermənistanın hərbi hissə komandiri və 6 nəfər saxlanılıb.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Belə ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2017-ci ildə ordunun ehtiyacları üçün müsabiqə əsasında antifrizin satın alınması zamanı 60 milyon dram oğurluq ittihamı ilə komandiri və müsabiqə komissiyasının 6 üzvünü saxlayıb.

Bildirilib ki, hərbi hissə komandiri və daha 3 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət göndərilib.

Qeyd edək ki, son zamanlar Ermənistanda hərbi hissə komandirlərinin müxtəlif cinayətləri üzrə saxlanma və həbs edilmə məlumatları erməni KİV-ləri tərəfindən tez-tez yayılır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul