20 Sentyabr 2024 10:39

Şəhid Eldar Şirinovun üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şirinov Eldar Bağır oğlunun üçüncü ildönümü Göyçay  rayonunun Çərəkə kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd  sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Anım günündə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Eldar Şirinovun qısa və şərəfli həyat yolundan bəhs edib, xatirələr dilə gətiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar.44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti və ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatmasından söz açıb,Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıblar.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq  ki, Şirinov Eldar Bağır oğlu 12.07.2001-ci il tarixdə Göyçay rayonunun Çərəkə kəndində anadan olmuşdur. 16.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 06 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com