30 Noyabr 2024 20:22

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Azadsöz.az xəbər verir ki,  “WhatsApp”ın “iOS” və “Android” üçün olan son beta versiyasına zənglər zamanı istifadəçinin IP (internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı) ünvanının qorunması funksiyası əlavə olunub.

Yeni funksiya sayəsində istifadəçilər səsli və videozənglər edərkən IP ünvanlarını gizlədə biləcəklər.

Bu, funksiya fırıldaqçıların istifadəçinin IP ünvanını əldə etməsini və məsələn, onun yerini tapmasını çətinləşdirəcək.

“WhatsApp”da IP ünvanın qorunması funksiyasını necə aktivləşdirmək olar?

1. “WhatsApp”ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2. Növbəti ekranda “Məxfilik” xanasında aktivləşdirə bilərsiniz.

Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Ankara escort İstanbul Travesti Shemale İstanbul