Azadsöz.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə operativ iclas keçirib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı müzakirə mövzusu Şimaldakı ərazilərin, o cümlədən Şimal Dəniz Marşrutunun inkişafı olub.
“Bu gün biz Şimalın inkişafı ilə bağlı məsələlərdən danışacağıq. Bu, Şimal dəniz yoluna, kontinental şelfə və bəzi digər məsələlərə aiddir”, – deyə Putin bildirib.