Azadsöz.az xəbər verir ki, Azərbaycan Xankəndində qanunsuz erməni silahlı birləşmələrindən təmizlənən küçənin adını dəyişdirərək “Ənvər Paşa” adlandırıb.
Xatırladaq ki, Azərbaycan Ordusu konstitusiya quruluşunu bərqərar etmək üçün sentyabrın 19-da Qarabağda antiterror əməliyyatına başladı.
Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri təxminən 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoydu. Sentyabrın 21-də Azərbaycan rəsmiləri ilə Ermənistan əhalisinin nümayəndələri arasında keçirilən görüşdə inteqrasiya prosesi ilə bağlı bir sıra məsələlər üzrə razılıq əldə olunub.