19 Sentyabr 2024 05:24

Şəhid Elşən Nuruzadənin şəhadətə qovuşmasının üçüncü ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın  ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Elşən Nuruzadə şəhadətə qovuşmasının üçüncü ildönümüdür.

Elşən Əlisa oğlu Nuruzadə 13 iyun 1996-cı ildə Göyçay şəhərində anadan olub.2002-ci ildə Göyçay şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin1-ci  sinifinə  gedib.2010-cu ildə  orta  təhsilini başa vurub.2011-ci ildə Göyçay Peşə Liseyinin “Rabitə”  ixtisasına   daxil  olub.2014-cü ildə Liseyi  bitirib.2015-ci  ildə Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində rabitəçi  kimi xidmət  keçmişdir.2016-cı  ildə  hərbi  xidmətini  başa  vurub.

2020-ci il sentyabrın 21-də könüllü  olaraq təlimlərə  qatılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak  edib. Vətənin işğal olunmuş ərazilərini düşmən tapdağından azad etmək idi Elşən Nuruzadə arzusu oktyabrın 4-də  şəhid olmaqla bu istəyinə çatdı.Böyük izdihamla Göyçay  Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki,  Prezident İlham Əliyevin  sərəncamı  ilə Elşən Nuruzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com