Azadsöz.az xəbər verir ki, Ermənistan ölkədə Rusiya televiziyasının qadağan olunması məsələsi müzakirə edir.
Bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının üzvü Lusine Badalyan deyib.
“Bu məsələlər müzakirə olunur. Hansı qərarın veriləcəyini isə aidiyyatı idarələr açıqlayacaq. Məsələ uzun müddətdir ki, müzakirə olunur”.
Badalyan bildirib ki, “nə zaman dövlətin təhlükəsizliyinə təhlükə yaranırsa, o zaman bu addımlar atılmalı və qərarlar verilməlidir”.