20 Sentyabr 2024 05:04

İƏT-in 9-cu Baş katibi İlham Əliyevi təbrik etdi

Azadsöz.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Zati-alinizin sarsılmaz qətiyyəti və əzmi sayəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərinin zəfərlə başa çatması bizim kimi, bütün Türk və İslam dünyasında sevinclə qarşılandı.

Fürsətdən istifadə edərək, Sizə və lideri olduğunuz Azərbaycan xalqına ən xoş arzularımı, təbriklərimi və ehtiramımı ifadə edirəm”.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com