20 Sentyabr 2024 04:05

Göyçayda 27 sentyabr Anım günü ilə bağlı hazırlıq işləri görülüb-FOTOLAR

Azadsöz.az xəbər verir ki, sabah Göyçay  rayonunda Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq  Anım Günü qeyd olunacaq.

27 sentyabr Anım Günü münasibətilə, Heydər  Əliyev  prospekti daxil olmaqla  bir sıra küçələrdə binaların fasadlarına və eyvanlarına Azərbaycan Respublikasının Dövlət Bayrağı asılıb.

Bununla  yanaşı   Göyçay Şəhidlər Xiyabanın ərazisi süpürülərək  təmizlənib.Məzarların, ziyarətgah məşəlinin  üstü  və  mərmər döşəmələr  yuyulub, Azərbaycanın və Türkiyənin dövlət  bayraqları  yenisi əvəz olunub.

Səbuhi  Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com