20 Sentyabr 2024 06:33

Ermənistan və havadarlarının puça çıxan planları: Azərbaycan erməniləri də xilas etdi (VİDEOMÜSAHİBƏ)

Azadsöz.az xəbər verir ki,  bu gün Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş baş tutdu. Lokal antiterror tədbirlərindən sonra separatçıların tərkisilah edilməsi prosesi davam edir, eyni zamanda, Azərbaycan ərazisində yaşayan mülki erməni əhalinin sosial problemlərinin həlli istiqamətində tədbirlər davam etdirilir. Erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini ifadə edirlər. Bu, onu göstərir ki, onlar uzun illər boyu separatçıların girovluğunda olublar. Bu gün isə Azərbaycan onları separatçılardan xilas edib.

Məsələ ilə bağlı  videomüsahibə verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan bu tədbirlər nəticəsində suveren ərazilərində tam nəzarəti bərpa etdi.

“Bu, kifayət qədər dərin kökləri olan bir problem idi. 44 günlük Vətən müharibəsində tarixi zəfərdən sonra qarşımızda duran vəzifələrdən biri də suverenliyimizin tam bərpa olunması idi. Ermənistan və havadarları bu prosesı mane olmağa çalışırdı. Bu prosesin nə qədər çəkəcəyi barədə müxtəlif yanaşmalar var idi, amma cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət prosesi daha da sürətləndirdi”, – deyə deputat əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com