10 Noyabr 2024 09:34

Azərbaycan və Türkiyə liderlərinin görüşü Qarabağda vəziyyətin normallaşmasına kömək edəcək – Rəsmi Moskva

Azadsöz.az xəbər verir ki, Moskva ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü regionda təhlükəsizliyin təmin olunmasına və həyatın normallaşmasına kömək edəcək.
Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bunlar suveren ölkələrdir və əməkdaşlığın inkişafı üzrə öz suveren hüquqlarını həyata keçirirlər, Bakı ilə Ankara arasında münasibətlərin necə sıx olduğunu bilirik”, – deyən Peskov Moskvanın da həm Bakı, həm də Ankara ilə bir o qədər sıx münasibətlərə malik olduğunu əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Dövlət başçıları İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar.

Səfər çərçivəsində iki ölkə liderinin Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edəcəyi, həmçinin, aktual regional və qlobal məsələlər, o cümlədən, Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələri barədə fikir mübadiləsi aparacağı bildirilib.

İstanbul trv istanbul travestileri