Azadsöz.az xəbər verir ki, Cənubi Qafqazda sülhün təmin edilməsi yolunda qarşımızda tarixi fürsət durur.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı deyib.
“Azərbaycan və Ermənistan arasında görüşməni əvvəldən dəstəklədik. Ermənistan bu fürsəti yetəri qədər dəyərləndirə bilmədi. Ermənistanın verdiyi sözlərə riayət etməsini gözləyirik. Qarabağ Azərbaycan torpağıdır”, – deyə R.T.Ərdoğan əlavə edib.