Azadsöz.az xəbər verir ki, bu 30 il ərzində 3900-ə qədər vətəndaşımız itkin düşmüş kimi qeydiyyatdadır.
Bunu Prezindent Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
“Bunlardan 872 nəfərinin əsir və girov götürüldüyü və ya işğal olunmuş ərazilərdə saxlanılması təkzib olunmaz faktdır”, – o əlavə edib.