23 Noyabr 2024 20:48

Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Azadsöz.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər 18 sentyabr tarixdən 20 sentyabr 2023-cü il tarixədək yerli rayon (şəhər) üzrə təhsil sektorlarına ərizə ilə müraciət edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimində müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilməsində iştirak edib ən azı 70% nəticə əldə etmiş və həmin rayon (şəhər) üzrə ümumi təhsil müəssisələrində hazırda müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər.

Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və eyni zamanda ixtisas üzrə əmək stajı nəzərə alınacaqdır.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunmuş vakant yerlər ilk olaraq 2023/2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə elan edilmiş, lakin müvafiq turlarda tutulmayan boş qalmış yerlərdir.

Vakansiyalarla bağlı keçid linkə  daxil olub məlumat  ala bilərsiniz:
Ankara escort İstanbul Travesti Shemale İstanbul