16 Sentyabr 2024 23:04

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, sentyabrın 16-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 41 nəfər iştirak edib.
İmtahan zamanı namizədlərə 60 dəqiqə müddətində müvafiq vəzifə və ümumi dünyagörüşünün yoxlanılmasına dair 34 test tapşırığı təqdim olunub.
Qeyd edək ki, test imtahanında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.