16 Sentyabr 2024 23:24

“Ermənistan daha Moskvaya arxalana bilməz” – Paşinyan

Azadsöz.az xəbər verir ki, “Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Politico” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bunun əsas səbəbi Ukraynadakı müharibədir: “Ukraynada baş verən hadisələr nəticəsində Rusiyanın imkanları dəyişdi. Bizim strategiyamız bu vəziyyətdə başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır. Biz müstəqil, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün yollarımız olmalıdır”. 

Paşinyan həmçinin qeyd edib ki, Rusiya sülhməramlıları öz missiyalarını yerinə yetirə bilməyiblər: “Hərçənd deyə bilmərəm ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”.

Rusiya lideri Vladimir Putin Ermənistanın bu ilin əvvəlində Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımasından sonra Rusiyanın artıq çox şey edə bilməyəcəyini deyib. Paşinyan müsahibəsində bu mövqeyini bir daha təsdiqləyib.

Baş nazir Azərbaycanla illərlə davam edən münaqişədən sonra sülh sazişinin əldə edilməsi məqsədilə anadolu yakası escort ABŞ, Aİ və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini bir daha bəyan edib: “Əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.