16 Sentyabr 2024 22:49

Oğuzda torpaq sürüşməsi olub

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Filfili kəndində baş verib.

Belə ki, dağlıq ərazidən sürüşən torpaq kütləsi kənd sakini Eynulla Süleyman oğlu Süleymanova məxsus həyətyanı sahənin 45 kvadratmetr hissəsini tutub. Torpaq sürüşməsi zamanı itki və dağıntı qeydə alınmayıb.