16 Sentyabr 2024 22:55

Göyçay Şəhər Təsərrüfatı Birliyinə-YENİ TƏYİNAT

Azadsöz.az  xəbər  verir  ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayev müvafiq əmr imzalayıb.

Rayon  rəhbərinin  əmrinə  əsasən  Cavanşir  Qədirov  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin sədri  vəzifəsindən azad edilib.

Digər  əmrlə həmin  vəzifəyə  Murtuz Salahov təyin olunub.

Qeyd  edək ki, M.Salahov  bir  müddət  əvvəl  Göyçay Qaz İstismar İdarəsinin rəisi vəzifəsindən  çalışıbdır.