16 Sentyabr 2024 22:58

Cəyirli kəndində yaranmış problem aradan qaldırıldı-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, ötən  gün sosial şəbəkələrdə  Göyçay  rayonunun Cəyirli kənd  ərazisində  natəmizliklə  bağlı  vətəndaşların paylaşdığı  çıxış  videosu  bu gün  öz müsbət  həllini  tapıb.

Rayon İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Vüsal  Abbasov  və  bələdiyyə  sədri  tərəfindən  əraziyə  xüsusi  texnika  cəlb olunaraq  sözügedən  ərazi  məişət tullantılarından, daş və digər tullantı parçalarından, plastik qablardan, polietilen torbalardan  təmizlənib və  təmizlik  maşınına  yığılaraq  ərazidən  daşınıb.

Vüsal  Abbasov  saytımıza  açıqlama  verərək  bildirib  ki,  “Qeyd  olunan  həmin  ərazi  dəfələrlə bizim  tərəfdən  təmizlənməyinə baxmayaraq  yenidən   məişət tullantıları   ora  atılır.Heç  kim  kənardan  gəlib  ora  zibil atmır elə  həmin  yeri natəmiz  edən kəndin  bəzi  vətəndaşlarıdır”.

İnanırıq  ki,  görülmüş bu təmizlik  işindən  sonra  yenidən xoşagəlməz mənzərə  yaranmayacaq.Unutmayaq ki, ekoloji tarazlığın qorunması, eyni zamanda  təbiətə qayğı hissinin güclənməsi istiqamətində  çalışmaq  hər birimizin  vətəndaş  borcudur.