16 Sentyabr 2024 23:15

Ağdam – Xankəndi yolu açıldı -VİDEO

Azadsöz.az xəbər verir ki, Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını artıq Ağdam rayonu ərazisindədir.

Yardım Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq.

Qeyd edək ki, həmin yardım sentyabrın 10-da Qarabağdakı erməniəsilli sakinlərə çatmalı idi.

***

Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndi istiqamətinə yola salınıb.

***

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənmiş, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndiyə çatıb.​