Azadsöz.az xəbər verir ki, Bakı məktəblərində pedaqoji şuralar tərəfindən məktəbli formalarının seçimi təsdiq olunub.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəbli forması Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək tədbirdir və idarə burada kommunikasiyaedici tərəfdir.
“Bu istiqamətdə çox yaxşı iş gedir. Vahid məktəbli geyimi nizam-imtizamın başlanğıcıdır. Düşünürük ki, məktəblərimiz bu sahədə də göz oxşayacaq”,- deyə o əlavə edib.