20 Sentyabr 2024 01:46

İsmayıllıda tanışını bıçaqlayan şəxs saxlanılıb

Azadsöz.az xəbər verir ki,  ehtiyatsızlıqdan tanışının ölümünə səbəb olan şəxs saxlanılıb.

Bu barədə İsmayıllı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 10-da İsmayıllı rayon sakini Ramin Cəfərovun müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1960-cı il təvəllüdlü Şamaxı şəhər sakini Şakir Sadayevin sentyabrın 9-da İsmayıllı rayonunun Ərəgit kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Ramin Cəfərova kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Şakir Sadayev şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

****
10:37

Azadsöz.az xəbər verir ki, sentyabrın 9-da saat 7 radələrində 1979-cu il təvəllüdlü Ramin Baldadaş oğlu Cəfərovun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi  barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Şakir Ağasəməd oğlu Sadayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com