20 May 2024 05:37

Göyçayda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Azadsöz.az  xəbər  verir  ki, Göyçayda  Şəhidlər xiyabanında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar  anım  mərasimi keçirilib. Anım mərasimində rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar, dindarlar və şəhid ailə üzvləri iştirak  ediblər. 31 mart soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı uğrunda həlak olan bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilibdir.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə qeyd  edibdir  ki, “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həsaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilibdir. Həmin ildən respublikamızda 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı istanbul escort bacarsın. Bu kimi faciələrin gələcək nəslin yaddaşından silinməməsi məqsədilə ölkədə faciələrimizi əks etdirən abidələr ucalır. Tariximizi unutmamaq məqsədilə Göyçayda “Azərbaycanlıların soyqırımı” abidə kompleksi yaradılmış və kompleksdə həm 31 mart-Azərbaycanlıların soyqırımı və həm də 26 fevral Xocalı soyqırımı günlərində baş vermiş faciənin fotoları, hadisə qurbanlarının, şəhidlərin, yaralanmış insanların sayı barədə qısa məlumat öz əksini tapıbdır”.

Mərasimdə bildirildi  ki, 31 mart – Azərbaycanlıların Soyqırımı günüdür. Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıbdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilibdir. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər.

Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıdıb, yandırıblar. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 103 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıbdır.

Sonra Şəhidlər xiyabanında vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunubdur.Qəhrəman şəhidlərimiz etiramla yad olunaraq, məzarları üstə tər qərənfillər düzülübdür.