Azadsöz.az xəbər verir ki, Gürcüstanda prezident seçkisinin, eləcə də andiçmə mərasiminin 2024-cü ildə keçirilməsi nəzərdə tutulur.
Bu barədə jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
“Biz prezidenti beş il müddətinə seçməliyik. Müvafiq olaraq, prezidentin beş il müddətinə seçilməsi üçün də seçkinin və andiçmə mərasiminin bu il keçirilməsi vacibdir”, – deyə Papuaşvili bildirib.