Azadsöz.az xəbər verir ki, ABŞ Ukraynaya yeni hərbi yardım ayırıb.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Sabrina Sinq bildirib.
O, sentyabrın 7-də keçirdiyi brifinqdə Ukraynaya 600 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edib.
Bir gün əvvəl ABŞ rəsmiləri Ukraynaya 1 milyard 665 milyon dollarlıq ümumi yardım paketi elan ediləcəyini açıqlayıb.