20 Sentyabr 2024 04:55

Azərbaycan Türkiyədən polad məhsulları idxalını azaldıb

Azadsöz.az xəbər verir ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azalaraq, 78,9 milyon dollar olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Bildirilib ki, avqust ayında Türkiyədən Azərbaycana polad məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 16,4 faiz azalaraq, 8,9 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,4 faiz azalaraq, 9,7 milyard dollar təşkil edib.

Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 15,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com