20 Sentyabr 2024 01:41

“Qərb liderləri Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıya can atırlar” – Peter Siyatro

Azadsöz.az xəbər verir ki, bu gün Qərb liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıya tələsirlər.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşün yekunlarına dair yazarkən bildirib.

“2010-cu ildə Azərbaycanla necə əlaqələr qurmağa başladığımız yadımdadır. Biz o zaman necə tənqidlərlə üzləşməli olduq. Bu gün isə Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar”, – o yazıb.

Onun sözlərinə görə, 2010-cu ildən Azərbaycan və Macarıstan dost münasibətlərini saxlayır.

“Baxmayaraq ki, Azərbaycandan Macarıstana təbii qaz axını bu il başlayıb, bizim Azərbaycanla dostluğumuz heç bir şəkildə qtisadi fəaliyyətdən asılı deyil”, – paylaşımda deyilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com