20 Sentyabr 2024 01:36

“Mançester Yunayted” Qrinvudu icarəyə verdi

Azadsöz.az xəbər verir ki,  “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud karyerasını İspaniyada davam etdirəcək.

“Qırmızı şeytanlar” onu “Xetafe”yə icarəyə verib. Bu barədə klubun saytı məlumat yayıb. 21 yaşlı forvardla mövsümün sonunadək müqavilə imzalanıb. 

Qeyd edək ki, Meysonun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Daha əvvəl “Mançester Yunayted” hücumçu ilə yollarını ayırmaq istədiyi haqda bəyanat yaymışdı. Qrinvud özü də “qırmızı şeytanlar” rəhbərliyinin bu qərarı ilə razılaşmışdı.

Xatırladaq ki, Qrinvud zorlama və hücuma cəhddə şübhəli bilinərək həbs olunmuşdu və 18 aydan çox “Mançester Yunayted”də oynamamışdı.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com