20 Sentyabr 2024 01:52

“Ermənistanın yaydığı məlumat tamamilə yalandır” – MN

Azadsöz.az xəbər verir ki,  sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd edilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com