19 Sentyabr 2024 20:02

Fransada Azərbaycan musiqisi tədris olunacaq

Azadsöz.az xəbər verir ki, Fransanın Selestat şəhərində azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru İlahə Ahuinin rəhbərliyi ilə “Yamaha” musiqi məktəbinin açılışı olub.

Məktəbin açılışında Fransada “Yamaha” musiqi məktəbinin direktoru Jan Mişel Duran, Kolmar şəhərinin Ticarət və Sənaye Palatasının prezidenti Kristyan Roth və digər şəxslər iştirak ediblər.

Azərbaycanlı musiqiçinin rəhbərlik etdiyi musiqi məktəbində xarici bəstəkarlarla yanaşı, azərbaycanlı bəstəkarların da musiqiləri tədris olunacaq. Məktəbdə piano və vokal musiqi dərsləri keçiriləcək.

Xatırladaq ki, kiçik yaşlarından xor solisti olan İlahə Ahui Bakıda piano sinfində oxuyub. Azərbaycanlı musiqiçi 2012-ci ildə Kolmar şəhərində konservatoriyanın dirijorluq və vokal sinfinə daxil olub.

Yerli xor qruplarına dirijorluq edən İ.Ahui Kolmardakı “Yamaha” musiqi məktəbində dərs deyib. Beləliklə, uzun və zəngin musiqi karyerasına malik olan azərbaycanlı musiqiçi özünün musiqi məktəbini təsis etmək qərarına gəlib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com