16 Sentyabr 2024 23:23

Yuxarı Gövhər Ağa məscidinə imam təyin edildi

Azadsöz.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müvafiq əmri ilə Mirəbdullah Məzahir oğlu Həsənli Şuşa rayonunun imamı vəzifəsindən Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imamı vəzifəsinə rotasiya edilib.

Komitədən  verilən məlumata görə, o, yaxın günlərdə Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidində fəaliyyətə başlayacaq.