30 Noyabr 2024 06:27

“Ağdam yolundan istifadə təcili və gündəlik ehtiyaclarla bağlı təchizat üçün davamlı həllin bir hissəsi olmalıdır” – Şarl Mişel

Azadsöz.az xəbər verir ki,Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir.

Bu barədə Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir ki, cənab Mişelin son həftələr ərzində Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar tərəfindən dəstəklənən səyləri Qarabağdakı ermənilərin humanitar vəziyyətinin həllinə prioritet istiqamət kimi yönəldilib.

“Xüsusi Nümayəndə Klaar və Prezident Mişelin komandası girişin açılması istiqamətində həll yolu hazırlamaq üçün Bakı, İrəvan və Qarabağ ermənilərinin nümayəndələri ilə mütəmadi əlaqə saxlayır”, – deyə bəyanatda qeyd olunur.

Bəyanatda vurğulanır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Laçın dəhlizinin tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək addım-addım yanaşma təklif edib.

“Bu addımların ardıcıllığı və bu yollar vasitəsilə çatdırılacaq yükün növü, eləcə də müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib.

Aİ qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi olmalıdır. Bu elementlər üzrə müzakirələr liderlərin 15 iyul 2023-cü ildə Brüsseldə keçirilən son görüşündən sonra başlayıb”, – deyə bəyanatda bildirilib.

Aİ tərəfi, həmçinin, Bakının Qarabağ ermənilərinin Laçın dəhlizi ilə Ermənistana və Ermənistandan gediş-gəlişi ilə bağlı prosedurlara aydınlıq gətirməsinin vacibliyini vurğulayıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul