08 Sentyabr 2024 03:52

Bu il subbakalavrlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər

Azadsöz.az xəbər verir ki, bu il subbakalavrlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Ali məktəblərə qəbul olunan subbakalavrların sayı artıb və ötənilki göstəricidən 1665 nəfər çoxdur.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, subbakalavrlar say etibarilə daha çox Mingəçevir Dövlət Universitetinə (586 nəfər), Azərbaycan Texniki Universitetinə (490 nəfər), Lənkəran Dövlət Universitetinə (453 nəfər) və Azərbaycan Texnologiya Universitetinə (432 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 54.10 faizinin, Naxçıvan Müəllimlər İnstitutuna qəbul olunanların 51.03 faizinin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 41.10 faizinin subbakalavr olduğunu görərik.